"Bizi meydanda sınadınız və güclü sillə yediniz" "Bizi meydanda sınadınız və güclü sillə yediniz"

İran bu ölkələrə xəbərdarlıq etdi: “Məhv edərik”

"Bizi meydanda sınadınız və güclü sillə yediniz"

İranda aksiyalarda ölənlərin sayı artaraq 143 nəfərə yüksəlib.

Ötən gün aksiyalarda iştirak edən 1000-dək insan saxlanılmışdı.

İran ölkədəki mitinqlərə görə ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib. İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) generalı Hüseyn Səlami belə bir bəyanatla çıxış edib:

“ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanına səslənirəm: bizi meydanda sınadınız və güclü sillə yediniz. Gözləyin. Qırmızı xətlərimizi keçsəniz, sizi məhv edərik”.

Qeyd edək ki, İranda benzinin qiyməti 50% bahalaşandan sonra bir sıra şəhərlərdə etirazlar başlayıb.(qafqazinfo.az)

AzNews.az