- Ermənistan və Gürcüstan
- 5 İyul 2022 18:17
- 8 246
İranın energetika naziri sabah Azərbaycana gələcək

Nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb
İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana bir günlük səfərə gələcək.
Aznews.az İRNA-ya istinadən xəbər verir ki, Mehrabian bu gecə Bakıya gələcək.
Nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb.
Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.