- Ermənistan və Gürcüstan
- 28 Fevral 2023 13:27
- 6 874
İranın hava hücumundan müdafiə təliminə başlayıb

İran genişmiqyaslı hava hücumundan müdafiə təliminə başladığını elan edib.
Aznews.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, “Qəyyumluq Səma Müdafiəçiləri 1401” adlı təlim Ordu və İnqilab Keşikçiləri Ordusunun hava hücumundan müdafiə bölmələrinin iştirakı ilə başlayıb.
Təlim haqqında məlumat verən briqada generalı Kadir Rəhimzadə : "Xüsusi təyinatlı birgə hava hücumundan müdafiə təliminin əməliyyat mərhələsi ölkənin şimal-qərbində, qərbində və mərkəzində hava məkanında həyata keçiriləcək. Təlimin son mərhələsi ölkənin hava məkanının təxminən üçdə iki hissəsində, yəni 1 milyon kvadrat kilometrdən çox ərazidə həyata keçirilməlidir”-deyə qeyd edib.
Mövsüm