- Ermənistan və Gürcüstan
- 15 Noyabr 17:39
- 4 018
Ermənistan onu silahla təmin edəcək tərəfdaşlar axtarır

Ermənistan onu silahla təmin edəcək tərəfdaşlar axtarır.
Aznews.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Nikol Paşinyan məlumat verib.
“Biz təhlükəsizliklə əlaqələrimizi şaxələndiririk, çünki təhlükəsizlik üzrə tərəfdaşlarımız obyektiv səbəblər də daxil olmaqla, bizə silah və sursat sata bilməzlər. Biz bu barədə açıq və birbaşa danışırıq”, o, parlamentdə hökumət saatı zamanı deyib.
Paşinyan hazırkı tərəfdaşlarını “inciməməyə” çağırıb. Onun sözlərinə görə, Ermənistan hazırda silah və hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr bağlamağa çalışır.