- Ermənistan və Gürcüstan
- 29 Fevral 10:51
- 3 708
Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb
![](https://www.aznews.az/storage/2020/08/19/mehkeme.jpg)
Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur.