Ermənistanda yazıçılar iqamətgahdan qovulur

Ermənistanda Yazıçılar, Rəssamlar, Bəstəkarlar və digər bu kimi yaradıcı birliklərə məxsus iqamətgahlara qarşı rəsmi iddia qaldırılıb. AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, Ermənistan Baş prokurorluğu yaradıcılıq ittifaqlarının mülkiyyət sənədlərini təhqiq edərək bu nəticəyə gəlib ki, binalar hüquqi baxımdan düzgün əldə olunmayıb.

Odur ki, Ermənistanda yaradıcı birliklərə məxsus əmlakın dövlətə qaytarılması tələb olunur.