İrəvanda etirazçılar səhər saatlarından küçələri bağlamağa başlayıblar

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar.

Bu barədə "Panorama" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “Vətən naminə Tavuş” aksiyasının iştirakçıları Sayat-Nova prospekti ilə Nalbandyan küçəsi və Sayat-Nova prospekti ilə Abovyan küçəsinin kəsişmələrini bağlayıblar.

Nəşrin məlumatına görə, etirazçılara qoşularaq yolu bağlayan sürücülərdən biri polis tərəfindən avtomobildən çıxarılaraq saxlanılıb.

Mövsüm

Aznews.az