Ermənistanda etirazçılara qarşı səs bombaları istifadə edilib, 86 nəfər saxlanılıb

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 86 nəfər saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis İrəvandakı parlament binası yaxınlığında etirazçılara güc tətbiq etməyə başlayıb.

Ermənistan Telegram kanallarının yaydığı xəbərlərə görə, polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə etməyə davam edir.

***

17:59

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanır.

Keşiş Baqrat Qalstanyanın tərəfdarlarının parlament binası yaxınlığında polislərin müdafiə səddini yarmağa çalışdığı deyilir.

Etirazçıların polislərə butulka atmağa başladığı bildirilir.