Borrell: Gürcüstanın Aİ-yə gedən yolu indiki siyasətə əsasən bağlanacaq

Ölkə hakimiyyətinin siyasətini davam etdirəcəyi təqdirdə Avropa İttifaqı (Aİ) Gürcüstanın yolunu bağlayacaq.

Bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrel assosiasiya ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda görüşü başlamazdan əvvəl deyib.

“Aİ-yə gedən yol Gürcüstan xalqları üçün açıqdır. Lakin hökumət gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq”, - deyə Borrel qeyd edib.

Onun sözlərinə görə, bu gün assosiasiya ölkələri heç bir qərar qəbul etmir - söhbət mümkün tədbirlərlə bağlı müzakirələrdən gedir.

Mövsüm

Aznews.az