"Ermənilər bizim xalqımızdır" - Rusiyadan diqqət çəkən açıqlama

"Ermənistanın AİB və Aİ arasında seçim etməsi məsələsi çox mürəkkəbdir".

AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında deyib.

"Həm iqtisadi, həm də siyasi məsələlər burada bir-biri ilə çox sıx bağlıdır. Bütün bunlar bu gün Ermənistanda davam edən seçki kampaniyası ilə üst-üstə düşür. Orada Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin qorunmasını müdafiə edən qüvvələr var. Ölkəni Avropa İttifaqına doğru aparmağa çalışan qüvvələr var. Təbii ki, biz də Ermənistanı Avrasiya İqtisadi İttifaqının bir hissəsi kimi görmək istəyirik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Ermənistanın hazırda sahib olduğu iqtisadi üstünlükləri itirməsini istəmir: "Ermənilər bizim xalqımızdır və onların necə yaşamasının və Ermənistan iqtisadiyyatının vəziyyətinin necə olacağı bizim üçün fərqi yoxdur. Əksinə, biz orada iqtisadiyyatın çiçəklənməsinə hər cür töhfə veririk. Amma seçim Aİ-nin xeyrinə edilərsə, təbii ki, bizim üçün bir sual yaranır: niyə büdcəmiz hesabına onu dəstəkləməliyik? Əgər Ermənistan Rusiyaya dost olmayan ölkələrə qoşularsa, onda niyə onu dəstəkləməliyik?"