Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
  • Paytaxt
  • 8 Noyabr 2018 18:12
  •  1 753

Talassemiya Mərkəzinə 1,8 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Prezident İlham Əliyev Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,8 milyon (bir milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

AzNews.az