- Paytaxt
- 17 Noyabr 2018 13:56
- 4 708
İlham Əliyev Türkmənistana gedəcək

Səfər zamanı iki ölkə arasında bir çox sənədlərin imzalanması nəzərdə tutulur
Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfərlə Türkmənistana gedəcək.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda fikirləri Türkmənistanın xarici işlər naziri, baş nazirin müavini Rəşid Meredov hökumətin iclasında səsləndirib.
Türkmənistanın dövlət informasiya agentliyi yazır ki, hazırda İlham Əliyevin Türkmənistana səfərinin hazırlıqları gedir.
Səfər zamanı iki ölkə arasında bir çox sənədlərin imzalanması nəzərdə tutulur.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov xarici işlər nazirliyinə səfərin yüksək səviyyədə təşkil edilməsi tapşırığını verib.
Mənbə İlham Əliyevin Aşxabad səfərinin vaxtı haqda bilgi verməyib.
Babək Göyüş
AzNews.az
