“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
  • Paytaxt
  • 20 Noyabr 2018 09:55
  •  1 815

Təhsil naziri əmr imzaladı

“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.

AzNews.az xəbər verir ki, müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiy­yatının görkəmli nümayən­dələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir.

“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.

Səidə Nurməmmədli,

AzNews.az