- Paytaxt
- 17:35
- 1 578
Əli Əsədov Gürcüstan səfirliyində olub, II İlyanın vəfatıyla bağlı başsağlığı verib
Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyinə gedib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Qeyd edilib ki, Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyinə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.
Aznews.az