Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
  • Paytaxt
  • 21 Noyabr 2018 09:13
  •  1 471

Tikinti zamanı ətraf mühitə təsir nəzərə alınacaq

Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

“Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.

Həmçinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanmalı və dövlət ekoloji ekspertizası keçirilməlidir.

© AzNews.az