Qeyd edilən vətəndaşların qısa müddətdə müvafiq işlə təmin edilək. Qeyd edilən vətəndaşların qısa müddətdə müvafiq işlə təmin edilək.
  • Paytaxt
  • 26 Yanvar 2019 13:40
  •  2 544

Mehriban Əliyevanın göstərişindən sonra xüsusi komissiya yaradıldı

Qeyd edilən vətəndaşların qısa müddətdə müvafiq işlə təmin edilək.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Bu barədə AzNews.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

AzNews.az