Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verilib. Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verilib.
  • Paytaxt
  • 1 Aprel 2019 19:04
  •  3 879

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirildi

Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verilib.

Bugün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı 30.03.2019-cu il tarixdə keçirilmiş yazılı test imtahanının nəticələri, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, kollegiya üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, o cümlədən, aprel ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.

Bundan başqa, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 30.03.2019-cu il tarixdə keçirilmiş ixtisas imtahanının yazılı test mərhələsində ən yüksək bal toplayaraq fərqlənmiş vəkilliyə namizədlər iclasa dəvət olunub, onlar göstərdikləri nəticə münasibətilə təbrik edilib, gələcək mərhələlərdə uğurlar arzu ediib.

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

AzNews.az