“Bu il gömrükdə 16 narkoqrup aşkar edilib”

"520 kq narkotik dövriyyədən çıxarılıb"

"Azərbaycanın gömrük orqanları tranzit vasitəsilə gətirilən narkotik vasitələrin, yaxud da digər təhlükəli məmulatların ölkəyə daxil olmasının qarşısını almaqda davam edir".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gömrük orqanları ötən il 24 narkoqrup aşkar edib: "Bunun nəticəsində 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Bu ilin üç ayı ərzində isə 16 narkoqrup aşkar edilib və onlar barəsində istintaq hərəkətları aparılıb. Bu ilin ötən dövründə 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb".(report.az)

AzNews.az