Bu barədə MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib Bu barədə MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib
  • Paytaxt
  • 17 Aprel 2019 15:21
  •  2 428

MSK sədrləri ölən partiyalarla bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək

Bu barədə MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib

Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il üzrə maliyyə hesabatı verməyən 6 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.

Bu barədə MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib.

O bildirib ki, bu il 45 siyasi partiya MSK-ya hesabat verib: “Hesabat verməyən 10 siyasi partiyanın 6-sının sədri dünyasını dəyişib, partiya sədrlərini əvəz edən vəzifəli şəxs də yoxdur. Bu partiyaların fəaliyyətində hərəkətlilik olmadığına görə nazirliyə müraciət edəcəyik. Amma hazırda proses yekunlaşmayıb”.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. MSK indiyədək maliyyə hesabatı verməyən heç bir partiya ilə bağlı nazirliyə məlumat verməyib.(report.az)

AzNews.az