"Baş vermiş hücumu isə kəskin şəkildə pisləyirik" "Baş vermiş hücumu isə kəskin şəkildə pisləyirik"
  • Paytaxt
  • 18 İyul 2019 12:12
  •  2 114

XİN Ərbildə türk diplomatlarına hücumu pislədi

"Baş vermiş hücumu isə kəskin şəkildə pisləyirik"

"İraqın Ərbil şəhərində törədilən silahlı hücum nəticəsində həyatını itirən türkiyəli həmkarlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. Baş vermiş hücumu isə kəskin şəkildə pisləyirik".

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin iyulun 18-də Ərbildə baş vermiş silahlı hücumla bağlı yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyə konsulluğunun 3 əməkdaşı ölüb.

AzNews.az