Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinə rektor təyin edilib Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinə rektor təyin edilib
  • Paytaxt
  • 31 İyul 2019 18:36
  •  1 902

Azərbaycan Texniki Universitetinə rektor təyin edilib - SƏRƏNCAM

Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V. Vəliyev 2009-cu ildən İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə vitse-prezidenti, 2018-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədridir. O, 2014-cü ildə Əməkdar elm xadimi mükafatına layiq görülüb.