Mehriban Əliyeva pilotun vida mərasiminə əklil göndərib Mehriban Əliyeva pilotun vida mərasiminə əklil göndərib
  • Paytaxt
  • 21 Avqust 2019 12:12
  •  1 639

Mehriban Əliyeva Rəşad Atakişiyevin ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva pilotun vida mərasiminə əklil göndərib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.

Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.(apa.az)

AzNews.az

image description