Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb
  • Paytaxt
  • 14 Oktyabr 2019 17:34
  •  2 200

Macarıstanın Baş naziri Azərbaycana gəldi

Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb

Macarıstanın Baş naziri Viktor Orban Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

AzNews.az