- Dünyanın halı
- 14 Mart 23:39
- 1 900
Rusiyanın Kiyev vilayətinə hücum nəticəsində ölənlərin sayı beş nəfərə çatıb
Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə gecə hücumu nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Aznews.az xəbər verir ki, vilayət hərbi administrasiyanın rəhbəri Nikolay Kalaşnik bu barədə teleqram kanalında xəbər verib.
Onun sözlərinə görə, Brovarı və Vışqorodda iki nəfər həlak olub. Rusiya hücumları enerji və qaz infrastrukturuna ziyan vurub, ən çox ziyan isə Obuxov və Brovarı rayonlarına dəyib.
Kalaşnik daha əvvəl düşmənin hücumu nəticəsində dörd nəfərin öldüyünü və 22 nəfərin yaralandığını bildirib. Yaralılar arasında üç uşaq da var.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri martın 14-ə gecə Kiyev vilayətinə raket və dronlarla zərbələr endirib. Yaşayış binaları, təhsil və digər müəssisələr, vacib infrastruktur obyektləri də daxil olmaqla yaşayış məntəqələri hədəfə alınıb.