Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb
  • Paytaxt
  • 17 Oktyabr 2019 11:38
  •  1 172

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

AzNews.az