Məlumatı Prezidentin Mətbuat xidməti yayıb Məlumatı Prezidentin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 21 Oktyabr 2019 17:30
  •  1 334

Prezident Qüdrət Qurbanova “Şöhrət” ordeni verdi

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb

Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Q.Qurbanov Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktorudur.

Oktyabrın 20-də Q.Qurbanovun 60 yaşı tamam olub.

AzNews.az