Məlumatı Prezidentin Mətbuat xidməti yayıb Məlumatı Prezidentin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 4 Dekabr 2019 17:13
  •  1 968

İlham Əliyev türkiyəli nazirlə görüşdü

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verdiyi və bu sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasının əhəmiyyətinə toxunuldu, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla qeyd edildi.

AzNews.az

image description