"2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram" "2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram"
  • Paytaxt
  • 18 Yanvar 2020 15:56
  •  4 611

Davos Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib

"2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram"

Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsi dərc edilib.

Dövlət başçısı yanvarın 21-24-də keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısına yazdığı məqaləsində Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf trayektoriyası cızdığını, ölkənin özünü Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək boru kəmərlərinin (TANAP, TAP) inkişafı barədə yazıb.

"2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram. Dünya İqtisadi Forumu təkcə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün yox, həm də qlobal iqtisadi tendensiyalar haqqında hərtərəfli məlumat verən əla platformadır. Bu, bizə sosial-iqtisadi islahatları təşviq etməyə və xarici sərmayə cəlb etməyə yardım göstərir”, - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Dünya İqtisadi Forumu qlobal iqtisadi prosesləri, gündəmi və sosial-siyasi prosesləri müzakirə etmək üçün siyasətçiləri, iş adamlarını və ictimai təşkilatları bir araya gətirən ən böyük platformalardan biridir. Forum dünya iqtisadi tendensiyaları haqqındakı ətraflı məlumatlara geniş çıxış imkanı verir.

Davosda ənənəvi illik toplantıda Dünya İqtisadi Forumu iki qlobal təşəbbüsün həyata keçirilməsinə başlayacaq. Təşəbbüslərdən biri dünyada 1 milyard insanın təhsil almasına imkan verəcək qlobal təhsil proqramıdır. İkinci təşəbbüs isə dünyada 1 milyard ağacın əkilməsidir.

AzNews.az