Prezident İlham Əliyev Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb Prezident İlham Əliyev Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb
  • Paytaxt
  • 11 Fevral 2020 18:06
  •  11 050

Azərbaycanla Koreya arasında Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

AzNews.az xəbər verir ki, fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında 2019-cu il dekabrın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.