Bu məsələdə mənə istinad etmək, yolverilməzdir Bu məsələdə mənə istinad etmək, yolverilməzdir
  • Paytaxt
  • 17 Fevral 2020 14:00
  •  2 784

Ayaz Mütəllibov Paşinyana MÜRACİƏT ETDİ - VİDEO

Bu məsələdə mənə istinad etmək, yolverilməzdir

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın Baş naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının "Həftə" proqramına müsahibəsində cavab verib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı iddianı sabiq prezident əsassız adlandırıb: “Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Ona görə də hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münxen konfransı kimi bir səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”