• Paytaxt
  • 28 İyun 2020 17:28
  •  1 154

Prezident rəssama ev bağışladı - FOTO

Bu barədə rəssam şəxsi Feysbuk səhifəsində məlumat verib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevə mənzil bağışlayıb.

AzNews.az bildirir ki, bu barədə rəssam şəxsi Feysbuk səhifəsində məlumat verib:

“Nəhayət ki, uzun illərdən sonra mənə də ev qismət oldu. Çox hörmətli İlham Əliyev, dəyərli Mehriban xanım. Sizə minnətdaram, var olun. İnşallah bu sevincin daha böyüyünü Qarabağımızda yaşayarıq. Allahın köməkliyi ilə dövlətimizdəki məmur özbaşınalığının, kasıbın haqqına göz dikən namərdlərin kökünü kəsərsiz. Biz sizə inanırıq və sizinləyik”.