Azərbaycan Prezidenti Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib Azərbaycan Prezidenti Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib
  • Paytaxt
  • 22 Oktyabr 2020 13:00
  •  8 722

"Bir dənə də salamat bina qalmayıb"

Azərbaycan Prezidenti Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib

İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb.

AzNews.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.

Dövlət başçısı:

"Biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib".