Müraciətə mahiyyəti üzrə yanvarın 7-nə təyin edilmiş iclasında baxılacaq Müraciətə mahiyyəti üzrə yanvarın 7-nə təyin edilmiş iclasında baxılacaq
  • Paytaxt
  • 10 Dekabr 2020 16:45
  •  3 565

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Müraciətə mahiyyəti üzrə yanvarın 7-nə təyin edilmiş iclasında baxılacaq

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

AzNews.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair Xətai Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 7-nə təyin edilmiş iclasında baxılacaq.