İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib
  • Paytaxt
  • 12 Yanvar 2021 14:37
  •  4 631

Penitensiar Xidmət qulluğa qəbulla bağlı müsahibələri dayandırdı

İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kiçik və orta rəis heyəti vəzifələrində vakant ştat vahidlərinin məhdudluğu ilə əlaqədar qurumun müsahibə komissiyası tərəfindən qulluğa qəbul üçün müsahibələrin keçirilməsi müvəqqəti olaraq dayandırılıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, müvafiq vakant ştat vahidləri olduqda qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Penitensiar Xidmətin rəsmi internet səhifəsində elan veriləcək.