Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir
  • Paytaxt
  • 13 Yanvar 2021 19:35
  •  4 636

Bu ölkədə də səfirliyimiz təsis ediləcək

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir

Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyi təsis ediləcək.

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.