- Paytaxt
- 27 Yanvar 2021 18:16
- 6 713
Prezident İlham Əliyevdən təbrik məktubu

Dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təbrik ünvanlayıb.
AzNews.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.