Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir
  • Paytaxt
  • 24 Fevral 2021 19:47
  •  4 559

Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb

Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.(Trend)