İlham Əliyev sərəncam imzalayıb İlham Əliyev sərəncam imzalayıb
  • Paytaxt
  • 6 Mart 2021 11:14
  •  5 087

Bir qrup qadına fəxri adlar verildi

İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar mədəniyyət işçisi”

Abdullayeva Sahibə Abbas qızı

Firudinbəyova Əfruz Şükür qızı

“Əməkdar jurnalist”

Məhərrəmli Zemfira İsmail qızı

Rəsulova Firuzə Həmdəm qızı.