Prezidentin köməkçisi tvitterdə paylaşım edib Prezidentin köməkçisi tvitterdə paylaşım edib
  • Paytaxt
  • 18 Mart 2021 09:40
  •  9 521

"Ermənistanın məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir"

Prezidentin köməkçisi tvitterdə paylaşım edib

Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması fərq qoymadan insanları öldürür, iqtisadiyyata və ətraf mühitə ciddi ziyan vurur:

“Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir. Ermənistanın bu məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir”.