V.Bozkır Baş Assambleyanın başlıca hədəfləri barədə danışıb V.Bozkır Baş Assambleyanın başlıca hədəfləri barədə danışıb
  • Paytaxt
  • 9 Aprel 2021 18:00
  •  3 984

Volkan Bozkır BMT-nin Bakıdakı ofisinə baş çəkib

V.Bozkır Baş Assambleyanın başlıca hədəfləri barədə danışıb

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıdakı BMT ofisinə baş çəkib.

AzNews.az xəbər verir ki, qonaq təşkilatın Azərbaycandakı idarə heyətinin üzvləri ilə görüşüb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın ölkədəki fəaliyyəti haqqında danışıb, COVID-19 pandemiyasının və hərbi münaqişənin fəsadlarını aradan qaldırmaq istiqamətində görülən işlər haqqında məlumat verib.

Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlər və müzakirələr haqqında məlumat verən V.Bozkır həmçinin Baş Assambleyanın başlıca hədəfləri və onlara nail olmaq üçün həyata keçirilən fəaliyyətlər barədə danışıb.

image description image description image description