Bunu açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib Bunu açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib
  • Paytaxt
  • 2 İyul 2021 18:18
  •  5 729

Azərbaycanda Vahid Media Reyestri yaradılacaq

Bunu açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib

“Azərbaycanda Vahid Media Reyestri yaradılacaq”.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bütün media subyektləri həmin media reyestrində qeydiyyata alınacaq: “Bu, informativ reyestr olacaq. Media subyektləri fəaliyyətə başlamazdan öncə bu reyestrə özləri haqqında məlumatlar verəcək, qeydiyyata alınacaqlar”.

Ə. İsmayılov əlavə edib ki, jurnalistlər isə jurnalist vəsiqəsi almaq üçün MEDİA-ya müraciət edəcəklər: “Bu, könüllü əsasladır. Hər hansı jurnalist vəsiqə almaq müraciət etsə, müraciət tərəfimizdən dəyərləndiriləcək. Həmin jurnalistlər media reyestrinin bir bölməsində qeydiyyata alınaraq, jurnalist vəsiqəsi ilə təmin ediləcək”.