- Paytaxt
- 22 İyul 2021 15:13
- 5 361
Vilayət Eyvazov onu Yasamala rəis müavini təyin etdi
Müvafiq əmr imzalanıb
Yasamal Rayon Polis İdarəsində (RPİ) yeni təyinat olub.
AzNews.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPİ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb.