- EKONEWS
- 17:35
- 2 098
Azərbaycanın bəzi rayonlarına yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
AzNews.az