Kamran Əliyev müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olub Kamran Əliyev müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olub
  • Paytaxt
  • 5 Avqust 2021 22:15
  •  10 613

Baş prokuror Sədərək rayonunda hərbi hissədə olub - FOTO

Kamran Əliyev müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olub

Baş Prokurorluğun mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub.

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib.

Görüş zamanı əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərə şəfa dilənib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfər münasibətilə şəxsi heyəti təbrik edib, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Qələbənin əldə olunmasındakı rolunu vurğulayıb.

Sonra bir qrup hərbçiyə xidmətdə fərqləndiklərinə görə qiymətli hədiyyələr təqdim olunub.

Baş prokuror Kamran Əliyevə sərhəd bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə bağlı ətraflı məlumat verilib.

image description