- Paytaxt
- 2 Aprel 2022 16:49
- 5 256
Luici Di Maio: “Əsas prioritet İtaliyaya Azərbaycan qazının həcminin artırılmasıdır”
Azərbaycan İtaliyanın etibarlı enerji tərəfdaşıdır. APA xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Azərbaycan-İtaliya: Çoxtərəfli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib. Qazaxıstan Senatının sədri: “Azərbaycanın qələbəsi bütün Türk dünyasının qələbəsidir” Koreya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak üçün dəvət olunub Ermənistanla dövlətlərarası münasibətlərin təsis edilməsi üçün təmaslar davam etdirilib - HESABAT Nazir bildirib ki, Azərbaycan ötən illər ərzində etibarlı neft təchizatçısı olub. Di Maionun sözlərinə görə, qaz təchizatı ilə bağlı Azərbaycanın rolu daha da artıb. “Bizim üçün əsas prioritet İtaliyaya nəql olunan Azərbaycan qazının həcminin artırılmasıdır”, - XİN başçısı vurğulayıb. Luici Di Maio qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda fəaliyyətdə maraqlıdır.
Azərbaycan İtaliyanın etibarlı enerji tərəfdaşıdır.
Aznews.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Azərbaycan-İtaliya: Çoxtərəfli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib.
Nazir bildirib ki, Azərbaycan ötən illər ərzində etibarlı neft təchizatçısı olub. Di Maionun sözlərinə görə, qaz təchizatı ilə bağlı Azərbaycanın rolu daha da artıb.
“Bizim üçün əsas prioritet İtaliyaya nəql olunan Azərbaycan qazının həcminin artırılmasıdır”, - XİN başçısı vurğulayıb.
Luici Di Maio qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda fəaliyyətdə maraqlıdır.
Nazir əlavə edib ki, İtaliya-Azərbaycan münasibətləri son 30 ildə önəmli dərəcədə inkişaf edib.