- Paytaxt
- 16:52
- 821
"Müharibələr iqlim böhranını daha da kəskinləşdirir"
Müharibələr iqlim böhranını dərinləşdirən əsas faktorlardandır.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının Bakıdakı ofisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü COP atəşkəsi təşəbbüsü təkcə qlobal sülh axtarışı deyil, həm də iqlim dəyişmələri ilə mübarizənin mühüm tərkib hissəsidir.
Y.Rəfiyev bildirib ki, silahlı münaqişələr ətraf mühitə ciddi zərər vurur:
"Məhz bu səbəbdən, xüsusilə indiki çətin dövrdə atəşkəs təşəbbüsünün reallaşması bizim üçün prioritet xarakter daşıyır".