İki ölkə arasında “Beynəlxalq yol nəqliyyatı Sazişi” imazlanıb İki ölkə arasında “Beynəlxalq yol nəqliyyatı Sazişi” imazlanıb
  • Paytaxt
  • 18 May 2022 22:59
  •  5 413

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub

İki ölkə arasında “Beynəlxalq yol nəqliyyatı Sazişi” imazlanıb

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Aznews.az xəbər verir ki,“Beynəlxalq yol nəqliyyatı Sazişi”ni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Litva Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Yulius Skaçkauskas imzalayıblar.

“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”ni Palatanın prezidenti Niyaz Əlizadə və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzalayıblar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”nu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzalayıblar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin baş direktoru xanım Agne Vaitkunene imzalayıblar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Konfederasiyanın vitse-prezidenti Romas Austinskas imzalayıblar.

“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi”ni Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Litva Respublikası Sənayeçilər Konfederasiyasının vitse-prezidenti Romas Austinskas imzalayıblar.