“ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır”- Bayden

Bunu ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib

“ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır”

Aznews.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib.

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik” – deyə məktubda qeyd olunub.