Prezident İlham Əliyev: “Müstəqillik Günü bizim ən əziz bayramımızdır”

Bunu Azərbaycan Prezidenti “TEKNOFEST Azərbaycan” festivalında deyib

“Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür. Bizim ən əziz bayramımızdır”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Və bu bayramı iki qat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır”, - dövlət başçısı qeyd edib.