- Paytaxt
- 22 İyun 16:12
- 1 007
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil edib

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib
İyunun 22-də Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Qəbulda konsert proqramı təqdim olunub.
Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.


